29.08.2018 - 18:25
Vacib 2 baxış

Prezident İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.

Minval.info xəbər verir ki, iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: