04.10.2026 - 10:47
Abşeronda yaşayış binasında partlayış: zərərçəkən var
Hadisə 3 baxış

Abşeronda yaşayış binasında partlayış: zərərçəkən var

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış binasında partlayış baş verib. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olub.

Minval.info xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Onların apardığı ilkin araşdırmaya görə, partlayış binanın yeddimərtəbəli hissəsinin üçüncü mərtəbəsində, ümumi sahəsi 62 kvadratmetr olan iki otaqlı mənzildə baş verib və yanğınla müşayiət olunub.

Hadisə nəticəsində mənzilə maddi ziyan dəyib, ev əşyalarından 1 kvadratmetr sahədə yanğın qeydə alınıb və bir nəfər xəsarət alıb. FHN-in mütəxəssisləri tərəfindən ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: