"Porsche" vədinə əməl etmədi! Almanların xəyalları puç oldu
“Porsche” böyük akkumulyatorlar fabriki tikmək planlarından vaz keçib.
Azerforum xəbər verir ki, avtomobil nəhəngi iki həftə əvvəl Leypsiqdə tam elektrikli “Macan” modelinin istehsalına yaşıl işıq yandırdı. Lakin Almaniyanın Brandenburq şəhərində öz akkumulyator istehsalı müəssisəsini qurmaq planlarını gözlənilmədən dayandırdı. Şirkətin Müşahidə Şurası iyunun 7-də keçiriləcək illik ümumi yığıncağında bu layihəni hələlik dayandırmağı planlaşdırır. Səbəb Çindəki iqtisadi çətinliklər və Almaniyada elektriklə işləyən avtomobillərə tələbatın zəif olmasıdır.
“Porsche”nin bu layihəni ləğv etməsi Almaniyaya növbəti zərbədir. Bu həftənin əvvəlində Çin batareya istehsalçısı “Svolt Lauchhammer” də akkumulyator fabriki tikmək planlarını ləğv edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır