Perm sakini canlı yayımda intihar etdi
Rusiyada 30 yaşlı kişi canlı efirdə intihar edib.
Bu barədə yerli mətbuat xəbər yayıb.
Bildirilib ki, hadisə Perm əyalətinin Krasnokamsk bölgəsində baş verib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Oktyabrın 18-də gecə sosial şəbəkədəki hesabından canlı yayıma çıxan şəxs onu tərk edib getmiş həyat yoldaşını geri qaytara bilmədiyi üçün bu yolu seçdiyini deyib:
“Onunla indicə danışdıq. Mənə deyir ki, sən kişi deyilsən. Deməli, neçə ildir kişi olmayan biri ilə yaşayırmış. Neçə dəfə cəhd elədim ki, qaytarım, alınmadı”.
Bundan sonra kişi canlı yayımda ölüb.
Sosial şəbəkədəki hesabından paylaşılan intihar videosuna dostları tərəfindən yazılan rəylərdən bəlli olur ki, mərhum çox şən, zarafatcıl və dostcanlı adam olub.
İntihar edən şəxsin həyat yoldaşı da bununla bağlı açıqlama verib: “İnanılmazdır. Heç nə deyə bilmirəm. O, möhtəşəm dost, ata və ər idi”.
Qeyd edək ki, cütlüyün bir oğlan övladı var idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək