Payızda istehlak üçün ən faydalı tərəvəzlər açıqlandı
Payızın gəlişi ilə qida rasionumuza daxil etməli olduğumuz bəzi tərəvəzlər ön plana çıxır. Bu dövrdə çuğundur, balqabaq, kök və müxtəlif kələm növlərinin istifadəsi tövsiyə edilir.
Minval.info xəbər verir ki, rusiyalı dietoloq Tatyana Zalеtova bu tərəvəzlərin insan orqanizmi üçün faydalı maddələrlə zəngin olduğunu vurğulayıb. Onun sözlərinə görə, balqabaq və kök beta-karotinlə zəngindir və bu maddə orqanizmdə A vitamininə çevrilir.
Kələm və brokkoli isə lif, C vitamini və folatlarla zəngindir ki, bu da sağlamlıq üçün vacibdir. Pomidor isə likopen mənbəyidir və mütəxəssis bildirib ki, likopen bişmiş pomidordan və az miqdarda yağla birlikdə daha yaxşı mənimsənilir.
Çuğundurun tərkibindəki təbii nitratlar isə qan təzyiqinin müəyyən qədər azalmasına kömək edə bilər. Bu xüsusiyyətlər payız aylarında bu tərəvəzlərin istifadəsini daha da əhəmiyyətli edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fıstığın yaşlıların beyninə təsiri ilə bağlı yeni araşdırma
Öskürək zamanı sitrus meyvələri və şirniyyatdan çəkinin
Sumqayıtda 13 tibb işçisi işdən azad edildi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası gerçəkləşdirildi
Qəhvənin insanlara fərqli təsiri: Dietoloq elmi əsasları açıqladı
Azərbaycanda quduzluq: yalnız bir yeni hal aşkar edilib
Dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir