Zamin HACI Zamin Hacı

“Dəlini apardılar toya, dedi, bura bizim evdən yaxşıdır”

(Azərbaycan ata sözü)

İşimizlə bağlı müəyyən erməni ictimai-siyasi xadimlərinin həyatını öyrənməli oluruq. Bu zaman mən bir qəribə, qanunayğunluqmu deyim, təkrarlanan halmı deyim – müşahidə etməyə başladım: Ermənistan tarixində bir çox ünlü şəxsiyyətlər ya əvvəlcədən, ya həyatlarının böyük hissəsini psixi xəstə kimi keçiriblər. Misal üçün, bunların bir qədim çarı olub, 3-cü Trdat. Rəsmi tarixi mənbələrinə görə Trdat müəllim zırramanın birisiymiş. Özü də Trdatın dəli olmaq səbəbi maraqlıdır: günahsız qadınları (33 nəfər) öldürdüyü üçün Allah bunun ağlını alıbmış. Qadın-uşaq qatilliyi bunlarda tarixi ənənədir.

Yaxud, bir oğru bəstəkarları var, adı Komitas-dır, 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəlində Qafqaz, Ön Asiya bölgələrini avaralanıb, türk, fars, gürcü və başqa xalqların musiqilərin çırpışdırıb, “erməni musiqisi” adıyla kitab-dəftərə dürtüşdürüb. Həmin bu Komitas da axırda dəli olub və elə psixi xəstəxanada ölüb. “Mimino” filminin qəhrəmanlarından, ünlü sovet aktyoru Frunzik Mkrtçyan da həyatının sonunda ağlını itiribmiş. Bu temada rusların çəkdiyi sənədli film var, maraqlanan tapıb baxa bilər. Doğrudur, Mkrtçyanın ağlını itirməyində faciəli həyatının böyük rolu olub, bəlkə onu “məşhur dəli ermənilər” siyahısından çıxarmaq lazımdır.

Ancaq söhbət ondadır ki, ermənilər bu dəliliklərdən həmişə özlərinə sərf edən istiqamətdə yararlanıblar. Necə deyərlər, özlərini “dəli oğlanlığa vurublar”. Məsələn, 1921-ci ildə görkəmli azərbaycanlı siyasi-ictimai xadim, ADR hökumətində daxili işlər naziri və başqa vəzifələr tutmuş Behbud xan Cavanşiri bir alçaq erməni terrorçusu İstanbulda qətlə yetirir. O zaman İstanbul ingilislərin əlindəydi və onlar həmin erməniyə məhkəmə qurub… azadlığa buraxırlar. İzah da belə olur ki, bəs erməni gülləni atanda özündə olmayıbdır, affekt vəziyyətindəymiş. Guya bu erməninin ailəsini türklər soyqırım edib, o üzdən ağlını itiribdir və sairə.

Əslində, o “arqument”i bir çox erməni dəlilərinə aid olaraq işlədirlər. (Komitas da o sırada olmalıdır, yaddaşım aldatmırsa). 2017-ci ildə İrəvan Dövlət Tibbi Universitetinin kliniki psixologiya kafedrasının müdiri Xaçatur Kasparyanın erməni mediasına intervüsündə bu faktlar açıqlanmışdı: “Rəsmi məlumata görə Ermənistan əhalisinin 1 faizində psixi pozğunluqlar var, ancaq bu rəqəm reallığı əks etdirmir. Ermənistanda əqli, psixi problemləri olanlar əhalinin 7 faizindən 15 faizinə qədərdir. Əhalinin çoxunda patoloji pozuntulardır”. Kasparyan həmin patoloji pozuntuları çox maraqlı şəkildə izah etmişdi: “Patologiya odur ki, insan öz hərəkətinin məntiqini izah edə bilmir. Məsələn, küçədə gedərkən ağac görür və yanından keçib getmək əvəzinə mütləq o ağaca iki dəfə taqqıldatmalıdır. Yaxud, qarşısına çıxan binanın mərtəbələrini sayır”. Həkim daha sonra bu cür psixi pozğunluqları ermənilərin tarixdə üzləşdiyi faciələrlə (1915 “soyqırımı”, Qarabağda savaş və sairə) bağlamışdı. Ancaq burada səbəb-nəticənin yerinin səhv düşdüyü qənaətindəyəm. Çünki ermənilər faciəylə üzləşib dəli olmayıblar, əksinə, dəli olduqlarından faciələrə məruz qalıblar. Əks halda dünyanın real faciə qurbanı xalqları arasında da psixi pozğunluq çoxalardı, bu isə qeydə alınmayıb.

Sözümün canı odur ki, biz hansı düşmənlə qarşılaşdığımızı nəzərə alıb, addımlarımızı buna uyğun atmalıyıq. Onların qabağına Qarabağ çıxıbsa, buranın dağlarını, meşələrini tıqqıldatmadan çıxıb gedə bilməzlər. Həmçinin, Ermənistan məntiqə, ağıla, düşüncəyə zidd, psixikası pozğun tiplərin idarə elədiyi bir ölkədir. Paşinyanın davranışlarına baxın. Bir gündə özünü yeddi dəfə təkzib edər, heç vecinə olmaz.

Biz bu xəstələrə humanist yanaşmağa məcburuq, eyni zamanda, “dəlinin dilini anası bilər” ata sözümüzdən çıxış edərək Ermənistana ata-analıq edən beynəlxalq mərkəzlərə “gəlin dəlinizə yiyə durun” deməliyik. Hitler dəliləri öldürmək tərəfdarıydı, ancaq biz faşist deyilik. Biz müalicə tərəfdarıyıq.

Zamin HACI