Paşinyandan Rusiyaya şok tələb
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya yönəltdiyi tələb, regiondakı siyasi gərginliyi artırır. O, İrəvanın 2008-ci ildən etibarən Rusiya Dəmir Yollarının (RJD) konsessiya idarəçiliyində olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC-dən istifadə üçün ödəniş tələb etməyi planlaşdırdığını bildirib.
Minval.info xəbər verir ki, bu ilin fevral ayında Paşinyan, Ermənistan dəmir yollarının konsessiya idarəetmə hüququnun Qazaxıstan, Qətər və ya Birləşmiş Ərəb Əmirlikləri kimi dost ölkələrə satılması imkanını müzakirə etməyə çağırmışdı. Aprel ayında isə o, Moskvanın xəbəri olmadan dəmir yolları ilə bağlı məsələlərin müzakirəsini istisna etdiyini vurğulamışdı.
Hal-hazırda Paşinyan, CQDY-nin istismarı ilə bağlı məsələnin beynəlxalq arbitraja çıxarılması ehtimalını istisna etmir. Baş nazir, Ermənistanın dəmir yollarının dövlətə məxsus olduğunu və dövlətin onlardan məqsədəuyğun şəkildə istifadə etmək hüququna malik olduğunu qeyd edib. O, əlavə edib ki, İrəvan uzun illər ərzində Moskvadan bu məsələlərlə bağlı heç bir tələb irəli sürməyib.
“Bəzi məsələlər var ki, biz 30 il ərzində onlara görə heç nə istəməmişik, amma bundan sonra hər il iki milyard dollar tələb edəcəyik” – deyə Paşinyan vurğulayıb. Eyni zamanda, o, Ermənistan hakimiyyətinin bu məsələni dostluq münasibətləri çərçivəsində həll etməyə çalışacağını bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
İsraildə seçki nəticələri təsdiqləndi: Netanyahu üçün pis xəbər
ABŞ-da tarixi valilik seçkiləri: ilk qadın və etnik azlıq valilər
ABŞ-da araseçkilərdə Demokratların üstünlüyü nə vəd edir
Florida tarix yazdı: İlk qaradərili qubernator seçildi
ABŞ-da seçkilər Tramp üçün referenduma çevrilir
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə olunur