Paşinyan Putini Ermənistanın daxili işlərinə qarışmamağa çağırdı

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə ümidvar olduğunu bildirib ki, Rusiya-Ermənistan münasibətləri bundan sonra da iki ölkənin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq prinsiplərinə əsasən qurulacaq.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Paşinyan bu məsələlərin həll olunacağına əminliyini ifadə edib:
“Biz ittifaq münasibətlərimizin maraqlarına, ölkələrimizin maraqlarına hörmət edilməsinə, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə hörmət edilməsinə əsaslanacağıq”.
O əlavə edib ki, iki ölkənin əlaqələrinin bütün potensialını açmağa çalışmaq lazımdır. Paşinyanın sözlərinə görə, iki ölkənin mediasında pessimist məqalələrə rəğmən, qarşılıqlı tərəfdaşlıq dinamik inkişaf edir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır