“Apple”-ın Amsterdamda yerləşən mağazasında telefonlarda yaranan  texniki nasazlıq səbəbindən partlayış baş verib.

Minval.info 9to5mac.com-a istinadən xəbər verir ki, yanğınsöndürənlər baş verən alovu söndürən zaman havaya zərərli maddələr yayıldığından mağaza qısa müddətlik istifadəyə qapadılıb. Baş verən partlayışdan xəsarət alan olmasa da, bu hal şirkətə baha başa gəlib.

Son aylarda “iPhone” markalı telefonların batareyasında yaranan nasazlıq partlamalara səbəb olurdu. Bu səbəbdən “Apple”  İsveçrə və İspaniyada satılan “iPhone” markalı telefonları geri çağırıb.

Ümumiyyətlə telefonlarda yaranan texniki nasazlıq, batareyaların şişib partlamasına səbəb olur. “Apple”-ın rəqibi olan  “Samsung”-da bu hallardan xeyli əziyyət çəkib.

2017-ci ildə “Samsung” markalı telefonlarda da bu problemə rast gəlinirdi. “Samsung” yaranan bu halların aradan qaldıra bilmədiyi üçün “Galaxy Note 7” markalı telefonların hamısını geri çağırmışdı.

Vüqar Mirzəbəy

Minval.İnfo