Parisdə ölümcül hadisə - 7 nəfəri yaralandı
Parisdə ölümcül hadisə
Minval.info xəbər verir ki, Fransanın Paris şəhərində cinayət hadisəsi qeydə alınıb. Belə ki, kimliyi bəlli olmayan şəxs bıçaq və sərt cism ilə 4-ü ağır olmaqla 7 nəfəri yaralayıb.
Yaxın ətrafda petank oynayan sakinlər cinayətkarı zərərsizləşdirmək üçün dəmir toplar atıblar. Əfqan olduğu deyilən təqsirləndirilən şəxs saxlanılıb. Hadisə terror aktı olaraq qeyd olunmayıb.
Əldə edilən məlumata görə, təqsirkar iki kişi və bir qadını bıçaqlayıb. Hadisənin şahidi Yusif Nəcəh, qaçış zamanı əlində 25-30 sm-lik bıçaq tutan bir şəxsi gördüyünü, “Onu təqib edən təqribən 20 nəfər ona petank topları tullamağa başladılar” deyib.
“Dörd beş topun başına dəyməsinə baxmayaraq, onu saxlaya bilmədi” deyərək əlavə edib. Şəxsin daha sonra iki ingilis turistə hücum çəkdiyi haqda məlumat verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Emil
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
