Paris iğtişaş qorxusu: Fransa qadağalar ölkəsinə çevrilir
Fransada 27 noyabr tarixinə qədər əyləncə məqsədilə istifadə olunan fişənglər və pirotexnikaların satışına qadağa qoyulub. Bu qərar, ölkədə iğtişaşlar və polisə artan hücumlar səbəbindən hökumət tərəfindən qəbul edilib.
Publika.az-ın yazdığına görə, bu qərar 15 noyabrda “Legifrance” rəsmi portalında dərc olunub. Qadağa böyüklərə sərbəst şəkildə satılan F2 və F3 kateqoriyalı pirotexnik vasitələrinə şamil edilir. F4 kateqoriyalı məhsullar isə yalnız peşəkar pirotexniklər üçün nəzərdə tutulub və xüsusi icazə ilə əldə edilə bilər.
Hökumət nümayəndələri bildirir ki, bu məhsullar artıq bayram və ya mühüm günləri qeyd etmək üçün istifadə edilmir, əksinə insanlara xəsarət yetirir. Onlar vurğulayırlar ki, etirazçılar pirotexnikadan polis və jandarmlara qarşı silah kimi istifadə edirlər. Hətta məktəb işçiləri və şagirdlər də bu hücumlardan zərər görüb.
ƏLAQƏLİ
ASEAN liderləri regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etdi
Məsələn, noyabrın əvvəlində Val-duaz departamentində bir müəllim, təhsil köməkçisi, orta məktəb direktoru və başqa bir işçi xəsarət alıb. Sonuncu kütləvi etiraz aksiyası dünən baş tutub və 106 min nəfər iştirak edib. Bu etirazlar əsasən yaşayış xərclərinin artmasına qarşı yönəlib və nəticədə 219 nəfər saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bolsonaronun ABŞ-da daimi yaşamaq arzusu: siyasi təzyiqlərdən qaçış
Azərbaycan NATO-nun mənzil-qərargahında xeyriyyə tədbirində iştirak etdi
COP31 prezidenti iqlim dəyişikliyi ilə bağlı qətiyyətli tədbirlər tələb edir
Koreli tələbə süni zəka ilə kopya çəkməyi etiraf etdi
Praqada media azadlığı uğrunda etirazlar Çexiyada tarix yazacaq
SpaceX tarixə düşdü: kosmik gəmi havada mexaniki qollarla tutuldu