15.11.2026 - 15:14
SpaceX tarix yazdı: Yörüngədə ilk uğurlu əks-fırlatma
Dünya 275 baxış

SpaceX tarix yazdı: Yörüngədə ilk uğurlu əks-fırlatma

Amerikalı milyarder iş adamı İlon Maskın təsis etdiyi SpaceX şirkəti, kosmik nəqliyyat sahəsində yeni bir uğura imza atdı. Şirkətin nəhəng Starship raketinin üst mərhələsini təşkil edən kosmik gəmi, yörüngədə təxminən 22 saatlıq uçuşdan sonra Teksasda yerləşən Starbase mərkəzindəki “Mechazilla” adlı fırlatma qülləsinin “çubuqlar” adlanan nəhəng mexaniki qolları tərəfindən uğurla tutularaq yerə endirildi.

Minval.info xəbər verir ki, daha əvvəl Starshipin “Super Heavy” gücləndiricisini mexaniki qollarla tutmağı bacaran SpaceX, bu son sınaqla dünya tarixində ilk dəfə yörüngəyə çatmış bir kosmik gəmini fırlatma qülləsindəki mexaniki qollarla havada tutaraq bir ilki həyata keçirdi.

SpaceX-in 15-ci test uçuşu, ilk dəfə həm raketin alt mərhələsini təşkil edən “Super Heavy” gücləndiricisini, həm də üst mərhələsini təşkil edən kosmik gəmini təhlükəsiz şəkildə Dünya’ya geri qaytarmaq məqsədilə baş tutmuşdu.

Dönüş zamanı gücləndirici planlaşdırılan mövqedə olmadığı üçün rotası dəyişdirilərək Meksika Körfəzinə yönləndirildi və uçuşu sona çatdırma sistemi işə düşərək partladıldı. Bununla yanaşı, SpaceX eyni fırlatmada 26 ədəd yeni nəsil Starlink V3 peykini yörüngəyə yerləşdirdi.

Starshipin hər iki mərhələsinin Dünya’ya geri qaytarılıb yenidən istifadə edilə biləcək olması, SpaceX-in peyk fırlatma xərclərini azaldaraq Starlink şəbəkəsini böyütməsi və kosmik nəqliyyatı daha iqtisadi hala gətirməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu texnologiya, NASA-nın Artemis proqramı çərçivəsində Ay’a astronavt və yük daşınmasına dair planlarının yanı sıra SpaceX-in Mars’a insan göndərmə və burada daimi məskunlaşma hədəflərinin də yolunu açır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: