Özbəkistan öldürülən İŞİD döyüşçülərinin ailələrini vətənə qaytarır
Suriyadan Özbəkistana qaytarılan özbək qadınları işlə təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Məşğulluq və Əmək Münasibətləri Nazirliyinin ölkənin Qadınlar Komitəsi ilə birgə keçirdiyi konfransda məlumat verilib. Bildirilib ki, bununla bağlı birgə plan hazırlanıb və 2020-ci ilin əvvəlindən bu proses başlanacaq.
Bu ilin may ayında İraqda və Suriyada gedən döyüşlərdə atalarını itirən 156 uşaq və onların anaları vətənə gətirilib. Oktyabr ayında isə İraqda düşərgələrdə yaşayan 64 özbək uşağı Özbəkistana qaytarılıb.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Bu uşaqların əksəriyyətinin atası Yaxın Şərqdəki müharibələrdə həlak olub, bir hissəsi isə həbsxanalarda cəza çəkir. Uşaqların anaları da müharibədə birbaşa və ya dolayısı ilə iştirak etdiklərinə görə 10 ildən 20 ilədək həbs edilib və ya ömürlük azadlıqdan məhrum olunublar.
Bununla belə, Özbəkistan hökuməti bu qadınların bir hissəsini vətənə gətirə bilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək