15.05.2019 - 22:57
Hadisə
1 baxış
Övladı olmayan qadın özünə qəsd etdi
Şamaxı rayonunda gənc qadın intihar edib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində qeydə alınıb.
Qobustan rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Musayeva Səbinə Bəxtiyar qızı Şamaxı şəhərində yaşadığı evdə kimyəvi dərman içərək özünü zəhərləyib. Qadın təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Səbinə Musayeva 4 il öncə Şamaxıya gəlin köçüb. Ötən müddət ərzində onun övladı olmayıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qohumuna saxta əlillik düzəldən baş həkimə cinayət işi açılıb
04.08.2021 - 11:11
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb
06.12.2019 - 12:45
Bakıda oğrular kameranı unutdular - Anbaan görüntü (Video)
12.10.2018 - 13:02
Qəzaya uğramış təyyarəmizin qalıqlarının görüntüləri yayıldı - FOTO
09.08.2019 - 20:30
Bakı-Sumqayıt yolunda tıxac fəlakəti — (VİDEO)
16.01.2018 - 23:29
Bakıda güclü partlayış: ölənlər var
09.01.2019 - 09:52
Mingəçevirdə toyda bədbəxt hadisə
19.08.2018 - 10:05
Azərbaycanda arvad təqaüddə olan polis ərini düydü
12.04.2018 - 10:55