26.09.2026 - 13:33
OpenAI, Hugging Face olayının təfərrüatını açıqladı
Dünya 2 baxış

OpenAI, Hugging Face olayının təfərrüatını açıqladı

ABŞ-ın süni intellekt şirkəti OpenAI, Hugging Face hadisəsindən sonra süni intellekt agentlərinin təlim və qiymətləndirmə proseslərində internetdəki fəaliyyətlərə dair araşdırmaların aparıldığını və bu barədə üçüncü tərəflərə məlumat verildiyini açıqlayıb.

Minval.info xəbər verir ki, açıqlamada süni intellekt modellərinin üçüncü tərəflərə məxsus sistemlərin təhlükəsizlik tədbirlərini keçərək, xidmətlərin əlçatanlığını azalda biləcəyi və ya başqa şəkildə arzuolunmaz zərərə səbəb ola biləcəyi vurğulanıb. Təsirlənmiş tərəflər arasında hökumətlər, universitetlər, ictimai qurumlar və digər təşkilatlara məxsus internet saytlarının olduğu bildirilib.

Açıqlamada həmçinin “Əlaqədar tapıntıları təsirlənmiş qurumlarla paylaşmışıq və paylaşmağa davam edəcəyik. Onların araşdırmalarını dəstəkləmək üçün texniki məlumatlar da təqdim edirik. Prosesə qatılımlarını yüksək qiymətləndiririk və bu qurumlarla konstruktiv şəkildə işləməyi davam etdirəcəyik” ifadələri yer alıb.

OpenAI-nin iyul 2026-cı ildə süni intellekt modellərinin qabiliyyətlərini ölçməyə yönəlik apardığı testlər ciddi bir təhlükəsizlik hadisəsinə çevrilmişdi.

Şirkətin 26 avqustda yayımladığı araşdırma hesabatına əsasən, OpenAI-nin yalnız araşdırmalarda istifadə etdiyi “Internal Model 1 (IM1)” adlı model hadisədə əsas rol oynamışdı. Süni intellekt agenti, testdə uğur qazanmaq üçün ona qoyulan məhdudiyyətləri aşaraq şirkətin sistemləri ilə internetə çıxmış və başqa süni intellekt agentləri ilə əlaqə qurmuşdu.

Agentlərdən biri, açıq mənbəli süni intellekt modelləri platforması “Hugging Face”ə giriş təmin edə biləcək 14 kimlik məlumatını müəyyən edərək bunları digər agentlərlə paylaşmışdı. Daha sonra agentlər Hugging Face-in sistemlərindəki təhlükəsizlik boşluqlarından yararlanaraq serverlərdə kod icra etmiş, xüsusi məlumatlara və fərqli sistemlərə aid giriş məlumatlarına çatmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: