"Onlar Ərdoğanı öldürmək istəyirlər"
Venesuelalı terrorçu, Fələstin Qurtuluş Cəbhəsində yəhudilərə qarşı vuruşan İliç Ramirez Sançez (Çaqqal Karlos) növbəti dəfə inanılmaz iddialar irəli sürüb.
Axar.az xəbər verir ki, Çaqqal Karlos Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın imperialistlərin hədəfində olduğunu bildirib.
“İmperialistlər hazırda Ərdoğanı aradan götürmək istəyir. Onlar məqsədlərini həyata keçirmək üçün yeganə yol kimi Ərdoğanı öldürməkdə görürlər. Bunu sınaqdan keçirəcəklər. Ərdoğan çox diqqətli olmalıdır”, – deyə Sançez bildirib.
Qeyd edək ki, 2007-ci ildən bəri həbsdə olan Sançez solçu görüşlərə sahibdir. O, ötən əsrin 80-ci illərində bir sıra Avropa ölkələrində törətdiyi teraktlarla məşhurluq qazanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır