Ohayoda ana dəhşəti: Uşağın damarına nəcis yeridən qadın məhkəmə qarşısında
Ohayo ştatında 35 yaşlı bir qadın, xəstəxanada müalicə altında olan uşağının damar sisteminə nəcis yeritdiyini etiraf edib və məhkəmə qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, fevralın 6-da xəstəxana işçiləri müşahidə kameralarında qadının şpris vasitəsilə uşağın venadaxili kateterinə naməlum maddə yeritdiyini görüblər. Daha sonra həmin maddənin nəcis olduğu müəyyənləşdirilib. Görüntülərdə qadının tualetdən içərisində nəcis olan stəkanla çıxdığı və onu şprisə çəkərək uşağın palatasına getdiyi əks olunub.
Hadisə barədə dərhal xəstəxana rəhbərliyinə məlumat verilib və qadın nəzarətə götürülüb. Lakin fevralın 8-də o, eyni hərəkəti yenidən təkrarlayıb. Bundan sonra uşağa təcili tibbi yardım göstərilib, qadın isə saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq