Oğlu minaya düşərək ölən ananın evi yandı - Fotolar

Bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olan Bəxtiyar Mahmudovun Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan ailəsinin evi yanıb.
“Minval.info” xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qardaşı Şəhriyar Mahmudov məlumat verib. O qeyd edib ki, hadisə bu gecə qısaqapanma nəticəsində baş verib:
“Gecə saat 2-də şaqqıltı səsləri eşitdim. Oyanıb gördüm ki, ev yanır. Yanğınsöndürənlər gəlib söndürdülər. Evdə olan əşyaların hamısı yanaraq kül olub. Sadəcə 5-6 dənə yanmayan yorğan-döşək qalıb. Hazırda köməksiz vəziyyətdə qalmışıq. Mən qardaşımın uşaqları, gəlin və anamla birgə bu evdə yaşayırıq. Qapıda evə gəlib baxmalarını gözləyirik. Hələ ki, gələn yoxdur”.
Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo”nun əməkdaşları B. Mahmudovun ailəsinə baş çəkmişdi. Ailəsinin bildirdiyinə görə, müharibə zamanı düşmən tərəfindən Bəxtiyargilin evinə mərmi atılıb. Nəticədə, evə ziyan dəyib, tövlə dağıdılıb.
Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın iki körpəsi yadigar qalıb. B. Mahmudovun körpələri hazırda onun gözdən əlil anası Əsli Baxşəliyevaya əmanətdir.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur