Nüsrətin restoranında faciə — Alov şousunda turistlər yandı (Video)
Nüsrət Gökçənin İstanbulun Etilər səmtindəki restoranında faciə baş verib.
“Ölkə.Az” xəbər verir ki, alov şousunda Çex vətəndaşı olan bir qadının paltarları alışıb. Nəticədə qadının bədənində ağır yanıq xəsarəti meydana gəlib.
Hadisə nəticəsində 3 turist və iki nəfər restoran işçisi də xəsarət alıb. İnsident dünən axşam saatlarında baş verib. Hadisə şahidləri baş verənləri belə danışıblar:
“Restoranın bar hissəsində masa üzərində iki işçi alov şouya başlayıb. Amma masanın üzərindəki alovlar ətrafa sıçrayıb. Bu zaman işçilərdən biri əlindəki qabdan alovun üzərinə maye töküb və alov daha da vüsətlənib.
Alov barda əyləşən Krisrina Tresnakovanın paltarına düşüb və yanıb. Qadına əri və ətrafda oturanlar müdaxilə ediblər. Ağır yaralanan qadın xəstəxanaya aparılıb.
İnsident nəticəsində Tresnakova, əri Viktor və bal ayı üçün İstanbula səfər edən ingilis bankir Aleksandros Severis və Omman vətəndaşı Məhəmməd Xamıs Salim də yaralanıb. Onlar polisə verdikləri ifadədə restorandan şikayət ediblər.
https://www.dailymotion.com/video/x6ue14g
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır