Nura Suri ad gününü Dubayda qeyd etdi – FOTO, VİDEO
Tanınmış müğənni Nura Suri ötən günlərdə doğum gününü qeyd edib.
Minval.info xəbər verir ki, keçən il növbəti yaşına Moskvada girən sənətçinin budəfəki seçimi Birləşmiş Ərəb Əmirlikləri olub.
Belə ki, kiçik oğlu Davidi də götürüb Dubaya yollanan Nura altı gün orada qalaraq övladı ilə istirahət edib.
Şəhərdə iki lüks hotel dəyişən Suri Dubayın məşhur əyləncə məkanlarında birlikdə vaxt keçirib.
İstirahət etdiyi bütün məkanlarda övladlarını yanından ayırmayan Nura sənəti hər zaman ikinci planda tutduğunu qatıldığı proqramlarda dəfələrlə qeyd edib. O açıqlamalarında ilk öncə övladlarının gəldiyini bildirir. Buna görə də, müğənni Dubaydan qayıtdıqdan dərhal sonra oğlu Davidə doğum günü edib.
Məlumat üçün bildirək ki, ifaçının oğlunun doğum günü yay aylarında olduğundan Nura oğluna ildə iki dəfə ad günü edir. Bunun səbəbi isə Davidin doğum gününü sinif yoldaşları ilə qeyd etmək istəməsidir.
Xatırladaq ki, müğənni ötən il oğlunun ad gününü Bodrumda qeyd etmiş, doğum gününə türkiyəli məşhur aktrisa Irmak Ünal da qatılmışdı.


























Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR