18.05.2018 - 23:48
Foto 15 baxış

Netanyahunun karikaturasını çəkdi, işdən qovuldu – FOTO

Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin karikaturaçısı Diter Xaniç işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun karikaturasını çəkib.

“Qafqazinfo” “Dünya Bülteni”nə istinadən xəbər verir ki, onun bu hərəkəti qəzet rəhbərliyi tərəfindən “Yəhudi düşmənçiliyi” kimi dəyərləndirilib və karikaturaçı işdən qovulub.

Məlumat üçün bildirək ki, Diter Xaniç həmin karikaturada “Avroviziya 2018”in qalibi olan israilli müğənni Netta Barzilayın geyimini Netanyahuya “geyindirib” və əlində raket tutması təsvirini yaradıb. O, bununla Netanyahunun musiqi zəfərini siyasi məqsəd üçün istifadə etmək istəməsini tənqid edib.

D.Xaniç çəkdiyi karikaturaya görə peşman olmadığnı açıqlayıb.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: