"Neft sata bilməsək, digərlərinin də nefti Hörmüzdən keçməyəcək" - İran rəsmisi
“Biz neft sata bilməsək, heç kəs Hörmüz boğazından neft keçirə bilməyəcək”
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ABŞ-ın İranın neft satışına tətbiq etdiyi sanksiyalarla əlaqədar bildirib.
M.Baqiri deyib ki, Hörmüz boğazının təhlükəsizliyi İran Silahlı Qüvvələri tərəfindən həyata keçirilir: “Biz Hörmüz boğazında sabitliyin və Hörmüzün daim açıq olmasının tərəfdarıyıq. Başqa ölkələrin neft və digər məhsulları Hörmüzdən keçdiyi kimi İran nefti də Hörmüzdən keçir. Əgər bizim neft Hörmüzdən keçməsə, digərlərinin də nefti Hörmüzdən keçməyəcək.”
M.Baqiri deyib ki, İranın Hörmüz boğazını bağlamaq istəyi yoxdur: “Amma düşmənlərimiz düşmənçiliklərini bir həddə çatdırsalar, Hörmüzü bağlamaqdan başqa çarəmiz qalmayacaq. ABŞ Hörmüzün təhlükəsizliyinin və nəzarətinin kimin əlində olduğunu çox yaxşı bilir. Elə dünən gəmiləri Hörmüzdən keçərkən həmişə olduğu kimi suallarımıza cavab verərək keçiblər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstanda daha 5 553 nəfərdə COVID-19 aşkarlanıb, 47 nəfər ölüb
İranın neft boru kəmərində partlayış baş verdi
Rusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTO
Türkiyədən Yunanıstana qaçmağa çalışan 9 FETÖ-çü saxlanılıb
Qız qaçıran qonşu ölkə deputatı danışdı
Türkiyə ABŞ-la 90 günlük saziş imzaladı