Brend markalı neftin bir barelinin qiyməti 7 faiz dəyər itirərək 65.17 dollara düşüb, bu da 2017-ci ilin dekabrından etibarən ən aşağı qiymətdir.

Minval.info xəbər verir ki, Qərbi Texas(WIT)  markalı neftin bir bareli isə 7.8 faiz dəyər itirərək 55.23 dollara enərək 2017-ci ilin noyabr ayından etibarən ən aşağı səviyyəyə düşüb.

Ekspertlər neft qiymətlərində bu həftə yaşanan  dəyər itkisinin əsas səbəblərindən biri kimi Səudiyyə Ərəbistan, Rusiya və ABŞ-ın neft isehsalının sürətləndirməsini göstərir.

Analitiklər neft qiymətlərində yaşanan düşüşün 12-ci gününə girilməsi ilə “ayı bazarı”-nın başlandığına start verildiyini deyir.  “Ayı bazarı” investorların tez-tez istifadə etdiyi termindir. Qiymətlərin düşüşə keçməsi ilə yaranan böhran halına “ayı bazarı” deyirlər.

Vüqar Mirzəbəy

Minval.info