Neft qiymətlərində son 3 il ərzində ən çox düşüş -“ayı bazarı” başlayıb
Brend markalı neftin bir barelinin qiyməti 7 faiz dəyər itirərək 65.17 dollara düşüb, bu da 2017-ci ilin dekabrından etibarən ən aşağı qiymətdir.
Minval.info xəbər verir ki, Qərbi Texas(WIT) markalı neftin bir bareli isə 7.8 faiz dəyər itirərək 55.23 dollara enərək 2017-ci ilin noyabr ayından etibarən ən aşağı səviyyəyə düşüb.
Ekspertlər neft qiymətlərində bu həftə yaşanan dəyər itkisinin əsas səbəblərindən biri kimi Səudiyyə Ərəbistan, Rusiya və ABŞ-ın neft isehsalının sürətləndirməsini göstərir.
Analitiklər neft qiymətlərində yaşanan düşüşün 12-ci gününə girilməsi ilə “ayı bazarı”-nın başlandığına start verildiyini deyir. “Ayı bazarı” investorların tez-tez istifadə etdiyi termindir. Qiymətlərin düşüşə keçməsi ilə yaranan böhran halına “ayı bazarı” deyirlər.
Vüqar Mirzəbəy
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir