Neft qiymətləri müharibə fonunda yüksəlir
Neft qiymətləri cümə günü sabit qalsa da, ABŞ-İran müharibəsinin Yaxın Şərqdən neft tədarükünü məhdudlaşdırması səbəbindən ikinci həftəlik artımını qeydə almağa hazırlaşır.
Minval.info xəbər verir ki, “Brent” markalı neftin bir barreli 93,82 dollara, ABŞ xam nefti (WTI) isə 86,78 dollara satılıb. Son beş ticarət günündə “Brent” 7 faizdən, WTI isə 8 faizdən çox bahalaşıb.
Neft qiymətlərinin artmasına müharibənin uzanması və Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveyt kimi əsas istehsalçılardan tədarükün məhdudlaşa biləcəyi ilə bağlı narahatlıqlar təsir edib. Müharibə səbəbindən Hörmüz boğazında tanker hərəkəti də kəskin azalıb. Çərşənbə günü boğazdan cəmi 9 gəmi keçib. Müharibədən əvvəl dünya üzrə neft istehlakının təxminən beşdə biri bu marşrutla daşınırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır