Nazarbayevin köhnə “Mercedes”i 25 milyona satılır
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin 1993-cü il istehsalı olan “Mercedes-Benz S-Class” markalı avtomobili satışa çıxarılıb və bu maşın eyni yaşda olan oxşar avtomobillərdən altı dəfə baha alına bilər.
Musavat.com Qazaxıstan mediasına istinadən xəbər verir ki, avtomobil bir neçə detalı ilə diqqəti cəlb edir. Sedanın iddia edilən yürüşü 29 ildə cəmi 37 930 kilometrdir.
Hazırkı sahibinin sözlərinə görə, o, əvvəllər 01 KZ dövlət nömrəsi daşıyıb və Nursultan Nazarbayevə məxsus olub. Avtomobil satışına dair elanlar yerləşdirilən saytda elan yerləşdirən şəxs öz sözlərini qeydiyyat bazasından skrinşotla, eləcə də Qazaxıstanın keçmiş prezidentinin “Mercedes”lə arxiv fotosu ilə təsdiqləyir.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Avtomobilin hazırkı sahibi maşına 25 milyon tenge qiymət qoyub. Bu, Azərbaycan manatıyla təxminən 90 min manat edir.
![]()
![]()
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU