Prezident İlham Əliyev özünün iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun vəzifəsini dəyişib.
Prezidentin bununla bağlı sərəncamında deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.


































