Narkotik vasitələri təbliğ edən İlkinin milyonlarla izləyicisi var imiş...
Ötən gün sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən videolar yayan İlkin Hüseynlinin (Çərkəzoğlu) həbs edilərək məcburi müalicəyə göndərilməsi barədə xəbər vermişdik.
“Qafqazinfo” xəbər verir ki, üzərində narkotik vasitə də aşkarlanan müğənninin narkotik asılılığından əziyyət çəkməsi nəzərə alınaraq onun barəsində inzibati tənbeh tədbiri görülərək məcburi müalicə üçün Narkoloji Dispanserə yerləşdirilib.
O da məlum olub ki, sosial platformalarında musiqili videolarına milyonlarla baxış olan İlkin Çərkəzoğlu daha əvvəl də eyni əməllərə görə həbs edilib. Belə ki, 2019-cu ilin aprel ayında narkotiki təbliğ edən musiqili videolar yayan müğənniyə 15 sutkalıq həbs cəzası verilib.
Lakin azadlığa çıxdıqdan sonra da o, bir sıra qeyri-etik ifadələrin yer aldığı meyxanaları, eləcə də qeyri-sağlam həyat tərzini təbliğ edən mahnıları ifa edərək yaymaqda davam edib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur