14 iyul 2018-ci il tarixində Xaçmaz rayonunun Nabran kəndində dənizdə batmış 1996-cı il təvəllüdlü Hacıyev Samir Əkbər oğlunun axtarışları başa çatıb.
Minval.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, S.Hacıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


































