Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirərək ABŞ və Ukrayna ilə üçtərəfli danışıqların başlanacağı tarixi açıqlayıb.
Musavat.com xəbər verir ki, Putin noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların başlamasının planlaşdırıldığını bildirib.
Rusiya lideri görüşün təşkilinə göstərdiyi dəstəyə görə BƏƏ rəhbərliyinə təşəkkür edib.
Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər və hərbi rəhbərliyinin yüksəkvəzifəli nümayəndələri də iştirak ediblər. Onların arasında xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin də olub.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, üçtərəfli danışıqlar noyabrın 10-11-də keçiriləcək.
Onun sözlərinə görə, görüşlərin əsas mövzusu təhlükəsizlik məsələləri və təhlükəsizlik təminatlarının verilməsi olacaq. Danışıqlar qapalı qapılar arxasında aparılacaq.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da Demokratlar Temsilciler Məclisində üstünlük əldə etdi
Yeni Zelandiyada seçkilər: Həyat xərcləri kampaniyanın mərkəzindədir
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənlərə mükafat təklif edir
Zelenski: Trampın 'böyük razılaşması' təhlükəli ola bilər
Səudiyyə Ərəbistanında raket həyəcanı: Arap Koalisyonu hücumu dəf etdi
Gəza zolağında yağışlar dağıntılara səbəb oldu: iki yaralı