Müctəba Xamenei mart ayından ölüb? – İranda ali rəhbərlə bağlı şok iddia
İranın ali rəhbəri Müctəba Xameneinin vəfat etdiyi ilə bağlı gözlənilməz iddialar gündəmə gəlib. Səsləndirilən məlumatlara əsasən, ölkənin dini lideri artıq mart ayının ortalarından etibarən həyatda deyil.
Minval.info xəbər verir ki, bu iddianı britaniyalı siyasi təhlilçi və fəal Nikolas Lisak öz “X” (keçmiş Twitter) hesabındakı paylaşımında irəli sürüb. Analitikin sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Müctəbanın ölüm xəbərini qəsdən gizli saxlayır. Məqsəd isə həmin xəbəri yalnız onun yerinə daha radikal mövqeli bir tərəfdarın gətirilməsi təmin olunduqdan sonra ictimaiyyətə açıqlamaqdır.
Xatırladaq ki, bir qədər əvvəl İran mediasında Müctəba Xameneinin yeni təsvirləri yayımlansa da, yerli mənbələr sonradan həmin kadrların onun ali lider vəzifəsinə seçilməsindən əvvəl lentə alındığını etiraf etmişdilər.
ƏLAQƏLİ
ASEAN liderləri regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bolsonaronun ABŞ-da daimi yaşamaq arzusu: siyasi təzyiqlərdən qaçış
Azərbaycan NATO-nun mənzil-qərargahında xeyriyyə tədbirində iştirak etdi
COP31 prezidenti iqlim dəyişikliyi ilə bağlı qətiyyətli tədbirlər tələb edir
Koreli tələbə süni zəka ilə kopya çəkməyi etiraf etdi
Praqada media azadlığı uğrunda etirazlar Çexiyada tarix yazacaq
SpaceX tarixə düşdü: kosmik gəmi havada mexaniki qollarla tutuldu