16.01.2018 - 12:23
Ölkə
1 baxış
Müəllimlərdən rüşvət istəyən direktor işdən qovuldu
Müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılan Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub.
Minval.info bildirir ki, bu barədə “Qafqazinfo”ya məlumatı rayon Təhsil Şöbəsinin kadr məsələləri üzrə mütəxəssisi Ələkbər Niftiyev verib. O bildirib ki, səs yazısı və araşdırma işləri aparıldıqdan sonra direktor işdən çıxarılıb. Dünəndən etibarən L. Seyfullayev artıq direktor vəzifəsini icra etmir.
Xatırladaq ki, direktor məktəbin müəllimi Azad Dadaşovu 50 manat rüşvət vermədiyi üçün təhqir etmiş, pedaqoji şurasının iclasında müəllimləri A. Dadaşova qarşı ərizə yazmağa çağırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident lift problemi ilə bağlı tapşırıq verib - İH-də toplantı
28.11.2018 - 12:40
Yol polisi toy karvanlarına yalnız bu halda icazə verir - RƏSMİ AÇIQLAMA
20.08.2019 - 17:38
"Azərişıq" ASC-nin strukturunda dəyişikliklər edilib
25.07.2018 - 23:54
“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”
19.04.2021 - 16:57
Ermənistanda partlayış olub, xəsarət alanlar var
14.08.2022 - 14:29
Türkiyəli idman yazarı "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib
26.08.2022 - 12:46
Odlar Yurdu Universitetinin qadın müəllimi həbs olundu
26.11.2019 - 14:45