Mövlud Çavuşoğlu: " Rusiya ilə bağlanan müqavilənin ləğvi mümkünsüzdür"
Rəsmi Ankara Vaşinqton və digər tərəfdaşlarına dəfələrlə bildirib ki, “S-400” zenit-raket komplekslərinin tədarükünə dair Rusiya ilə bağlanan müqavilənin ləğv olunması mümkünsüzdür .
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə açıqlamasında bildirib.
“Biz əvvəllər, hələ bir neçə ay bundan öncə, həm ABŞ, həm də digər tərəfdaşlarımıza bildirdik ki, Rusiya ilə müqavilə ləğv edilə bilməz. Biz artıq hava hücumundan müdafiə sistemlərini almışıq, sövdələşmə başa çatıb”, – deyə Çavuşoğlu əlavə edib.
Türkiyə xarici siyasət idarəsinin başçısı bir daha xatırladıb ki, Ankara öz müttəfiqlərindən analoji sistem ala bilmədiyi üçün Rusiyadan “S-400” zenit-raket kompleksləri almağa məcbur olub. Diplomat, həmçinin bu müqavilə nəticəsində Türkiyədən narazı olan ölkələrin mövqeyini də tənqid edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub