19.08.2022 - 20:30
Dünya 22 baxış

“Mossad”dan İLK: 2 qadına...

İsrailin kəşfiyyat orqanı “Mossad”da 2 qadın yüksək vəzifələrə təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə “JPost” qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda agentliyə rəhbərlik edən icra orqanında 4 qadın var.

Adları açıqlanmayan qadınlardan biri “Mossad”ın kəşfiyyat departamentinin rəhbəri postunu tutub. Bu, İsrail ordusunun hərbi kəşfiyyat rəhbəri səviyyəsinə bərabər vəzifə sayılır. Digəri isə İran şöbəsinin müdiri təyin edilib.

Hazırda iki qadın tərəfindən idarə olunan “Mossad”ın kəşfiyyat departamenti təşkilatın əsas mühərriklərindən biri hesab olunur.

Musavat.com

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: