Moskva polisi təkzib edir: "Paytaxt bazarlarından 2 milyard müsadirə edilməyib"
“Miqrasiya qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri çərçivəsində paytaxt polisi əcnəbilərin kütləvi çalışdığı obyektlərdə yoxlamalar aparılıb. Aşkarlanan qanun pozuntuları ilə bağlı gərəkli addımlar atılıb”.
Rusiya DİN-in Moskva şəhər Baş İdarəsinin martın 14-də yaydığı xəbərdə belə deyilir. Xəbəri TASS yayıb.
Moskva daxili işlər baş idarəsi jurnalistləri məsuliyyətli olmağa çağırıb:“Ayrıca, bildiririk ki, bir sıra kütləvi informasiya vasitələrində Moskva şəhərinin bəzi bazarlarının ərazisində aparılan axtarışlar zamanı 2 milyard rubl nağd pulun və kriptovlyutaların mayninqi üçün avadanlığın müsadirə edilməsi haqqında xəbərlər həqiqətə uyğun deyil. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi kütləvi informasiya vasitələri nümayəndələrini Rusiya Federasiyasının “KIV haqqında” Qanununun alınan xəbərlərin həqiqiliyini yoxlamaq öhdəliyini nəzərdə tutan 49-cu maddəsinin 2-ci bəndinə əməl etməyə çağırır”.
Bir neçə gündür Rusiya mediası “Sadovod”, “Fudsiti” bazarlarında və “Moskva” Ticarət Mərkəzində reydlər keçirilməsi, 2 milyard rubl nağıd pulun və kriptovalyuta fermalarının aşkarlanması haqqında xəbərlər yayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanda silahlı dəstə komandiri həbs olundu
Moskvada zəncirvari qəza - 16 maşın toqquşdu
"Komediya üçün bura gəlməmişəm" - Saakaşvili
Türkiyə Əfqanıstana humanitar yardım göndərib
Hulusi Akar: “Yaxın gələcəkdə milli qırıcı təyyarəmizi istehsal edəcəyik”
Gürcüstanda COVID-19-a yoluxanların sayı 890 mini ötüb
Xameneidən orduya təlimat, ABŞ-a gözdağı