Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
Mingəçevir şəhərində 7 yaşlı qız vanna otağında boğularaq ölüb, 10 yaşlı bacısı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“Minval.info”un məlumatına görə, hadisə şəhərin Energetikər adlanan yaşayış massivində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü A.Şirinova 7 və 10 yaşlı qızlarını içərisi yarıya qədər suyla dolu vannada çimizdirən zaman anidən huşunu itirərək yıxılıb. Yaxınları vanna otağına daxil olan zaman qadının yerdə, 10 yaşlı uşağın isə vannada huşsuz vəziyyətdə olduğunu, 7 yaşlı qızın isə suyun içərisində boğulduğunu görüblər. Onlar yaxınları tərəfindən xəstəxanaya aparılıb. Lakin 7 yaşlı qızın öldüyü məlum olub.
Qadına həkimlər tərəfindən tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. On yaşlı qızın isə vəziyyəti qənaətbəxşdir, hazırda müalicəsi davam etdirilir.
Qeyd edək ki, onların vanna otağında dəm qazından zəhərləndiyi, qadın və uşaqlarının bu səbəbdən huşlarını itirdiyi, huşu özündə olmayan 7 yaşlı qızın isə suda boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur