Millət vəkili ilə bağlı şok iddialar: Ədirnədə gecə saatlarında baş verən sirli hücumun təfərrüatları ortaya çıxdı
Türkiyənin Ədirnə şəhərində CHP millət vəkili Əhməd Baran Yazqan evində baş verən hadisə nəticəsində ciddi hücuma məruz qalıb. Hadisə ilə bağlı istintaq başladılıb və bir sıra maraqlı iddialar ortaya çıxıb.
Minval.info xəbər verir ki, hadisə avqustun 13-də gecə saat 03:15 radələrində baş verib. Qonşuların dava səslərini eşidərək polisə xəbər verməsi ilə hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin araşdırmalar zamanı məlum olub ki, millət vəkili Əhməd Baran Yazqan hücuma məruz qalıb, mobil telefonu əlindən alınıb və hadisə zamanı çəkiliş edilib. Hadisə ilə əlaqədar üç nəfər – Nuh D., Begüm Ş. və T.A. saxlanılıb.
Saxlanılan şəxslərdən alınan ifadələrdə, T.A.-nın evində ad günü qeyd edildiyi və iştirakçıların spirtli içki qəbul etdikdən sonra balkonda söhbət etdikləri bildirilib. İddialara görə, Əhməd Baran Yazqan evdə olan qadınlardan biri ilə bağlı cinsi məzmunlu ifadələr işlədib, bu da mübahisəyə və daha sonra fiziki qarşıdurmaya səbəb olub.
T.A.-nın hadisəni mobil telefonu ilə qeydə aldığı və görüntüləri könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim etdiyi məlum olub. Bu görüntülər istintaq materiallarına əlavə edilib və hadisənin bütün təfərrüatlarının araşdırılması üçün telefonlar və digər rəqəmsal materiallar üzərində işlər davam etdirilir.
Ədirnə Baş Prokurorluğu, millət vəkilinə qarşı irəli sürülən cinsi xarakterli iddialarla bağlı ayrıca araşdırma başladıb və nəticələr Ankara Baş Prokurorluğuna təqdim ediləcək. Yaralama və dava ilə bağlı əsas istintaq isə şübhəlilərin ifadələri, mobil telefonların ekspertizası və hadisə görüntüləri əsasında davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır