Metronun “Xocasən” stansiyası AÇILIR
Bakı metropoliteninin “Xocasən” stansiyası və “Xocasən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün stansiya və deponun açılışı planlaşdırılır.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, 2014-cü ildən tikintisi üçün hazırlıqlara başlanılan “Xocasən”, metropolitenin sayca 27-ci, Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır.
Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır. “Bakmil” stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyası olan “Xocasən”i “Avtovağzal” stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır. Platformanın uzunluğu 144 metrdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur