Meta-ya ağır zərbə: Uşaqların təhlükəsizliyi ilə bağlı cərimə qərarı!
ABŞ-ın Nyu-Meksiko ştatında keçirilən məhkəmə iclasında Meta şirkətinə qarşı 567 milyon dollarlıq cərimə qərarı çıxarılıb. Şirkətin uşaqların psixi sağlamlığına mənfi təsir göstərdiyi və onların təhlükəsizliyini tam təmin etmədiyi iddia olunur.
Minval.info xəbər verir ki, məhkəmə qərarına əsasən, Meta 13 yaşdan kiçik istifadəçilərə aid bütün hesabları və bu hesablardan toplanan şəxsi məlumatları silməlidir. Bundan əlavə, Nyu-Meksikoda yaşayan yeniyetmələrin hesabları avtomatik olaraq məxfi rejimdə açılacaq və məktəb günlərində saat 08:00-dan 15:00-a qədər, digər günlərdə isə 22:00-dan 07:00-a qədər 18 yaşdan kiçik istifadəçilər üçün ani bildirişlər deaktiv ediləcək.
Meta, məhkəmə qərarına etiraz edərək, apellyasiya şikayəti verməyi planladığını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da Demokratlar Temsilciler Məclisində üstünlük əldə etdi
Yeni Zelandiyada seçkilər: Həyat xərcləri kampaniyanın mərkəzindədir
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənlərə mükafat təklif edir
Zelenski: Trampın 'böyük razılaşması' təhlükəli ola bilər
Səudiyyə Ərəbistanında raket həyəcanı: Arap Koalisyonu hücumu dəf etdi
Gəza zolağında yağışlar dağıntılara səbəb oldu: iki yaralı