03.10.2026 - 13:40
Məşhur psixoterapevt Anatoli Kaşpirovski 87 yaşında dünyasını dəyişib
Dünya 3 baxış

Məşhur psixoterapevt Anatoli Kaşpirovski 87 yaşında dünyasını dəyişib

Məşhur rusiyalı psixoterapevt və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Minval.info xəbər verir ki, Kaşpirovski bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, 1980-ci illərin sonlarında televiziya vasitəsilə kütləvi psixoterapiya və hipnoz seansları ilə geniş tanınmışdı. Kaşpirovski, ekran qarşısında tamaşaçıların psixoloji vəziyyətinə təsir etməyin mümkün olduğunu iddia edirdi.

Vinnitsa Tibb İnstitutunun məzunu olan Anatoli Kaşpirovski, psixoterapevt olaraq fəaliyyət göstərmiş və SSRİ-nin ağır atletika yığmasının həkimi kimi işləmişdir. 1993-cü ildə isə Rusiya Dövlət Dumasının deputatı seçilmişdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: