03.10.2026 - 13:33
Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində yol bağlandı
Hadisə 5 baxış

Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində yol bağlandı

Quba-Xınalıq yolunda ciddi torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində yol bir müddət tamamilə bağlanıb.

Minval.info xəbər verir ki, sürüşmə “Nazlı bulaq” adlanan ərazidə qeydə alınıb. Bu hadisə yolun digər tərəfi ilə əlaqəni tamamilə kəsib.

Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu vəziyyət ərazidən keçən nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərilib. Hazırda vəziyyətin bərpası üçün işlər görülür.

SOSİAL MEDİA MƏZMUNU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: