Meksikanın ən cazibədar idman jurnalisti - FOTOLAR
Meksikalı model və teleaparıcı Vanessa Huppenkoten CAR-da keçirilən DÇ-2010-dan bəri milli komandanı qatıldığı bütün tunirlərdə müşayət edir.
“Şalke 04″ün sabiq qapıçısı Diter Huppenkotenin qızı olan Vanessa atasının yox, anasının vətənini özünə daha doğma sayır. Düzdü, atası ilə Helzenkirhen təmsilçisinin oyunlarına baxmağa necə getdiyindən tez-tez danışır. Amma Almaniyanın onu o qədər də cəlb etmədiyini söyləməkdən çəkinmir. 35 yaşlı cazibədar xanımın yaşadığı ölkənin sərhədlərindən kənarda da bu dərəcədə məşhurlaşmasının səbəbi yalnız xarici görünüşü və futbol jurnalisti qismində fəaliyyət göstərməsi deyil.
Bir müddət Kriştianu Ronaldu ilə sevgili olması Huppenkotenə peşəkar inkişaf baxımından böyük fayda verib. İrina Şeykdən ayrılandan sonra onunla görüşməyə başlayan portuqaliyalı superulduzla qısa sürən münasibət reklam baxımından işə yarayıb. “ESPN Deportes” və “ESPN Mexico” kimi ispandilli telekanallarda uğurlu karyera quran Vanessa “Instagram”da da olduqca fəaldı.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU



