Mehdiabadda sahibkarlar işıqsız: Kabel niyə yanır?
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Zəlimxan Yaqub küçəsində sahibkarlar elektrik enerjisinin tez-tez kəsilməsindən narazıdırlar. Bu küçədə aptek, market, dönərxana və restoranlar kimi müxtəlif obyektlər fəaliyyət göstərir. Sahibkarların bildirdiyinə görə, elektrik enerjisinin kəsilməsi onların iş fəaliyyətinə ciddi ziyan vurur və işığın bərpası bəzən 8 saatdan çox çəkir.
Minval.info xəbər verir ki, xüsusilə qida məhsulları satan obyektlərdə ət, yağ və digər malların xarab olması ciddi problem yaradır. Şikayətçi Elman Şirməmmədovun sözlərinə görə, problemin səbəbi kimi kabelin yanması göstərilir. Lakin o, bu halın mütəmadi xarakter daşımasından narazıdır. “Kabelin yanması nəticədir, bəs bunun səbəbi nədir? Hava istidir, problem ola bilər, amma bu, ayda bir-iki dəfə baş verə bilər. Yeddi dəfə kabel yanması isə çoxdur. Belə şey görülməyib”, – deyə sahibkar bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır