09.12.2021 - 13:22
Ölkə
34 baxış
Media subyektlərinə güzəştli kreditlər və 5 illik vergi güzəşti təklif olunur
“Media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanı təmin edilə bilər”.
Minval.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, KOBİA ilə də müzakirələr davam etdirilir: “Müvafiq qurumun media sahəsinin inkişafına kömək xarakterli təklifləri dəyərləndirilməkdədir”.
Əhməd İsmayılov bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı sənəd özündə 5 illik vergi güzəştlərini ehtiva edir:
“Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı əlimizdə layihə var. Biz istəyirik ki, sənəd “Media haqqında” qanunla birlikdə müzakirə edilərək qəbul olunsun. Çalışacağıq ki, reklamla bağlı da vergi güzəştləri tətbiq edilsin. Bununla bağlı təkliflər verilib. Yaxın vaxtlarda bu təklifə müsbət rəyin verilib-verilməməsi aydın olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan müdafiə xərcləri 2027-də artırılır
17.09.2026 - 09:03
Bakıda kirayə qiymətləri daha da bahalaşacaq
17.09.2026 - 08:49
Bloqerlər Qarabağın turizm potensialını artırır
17.09.2026 - 08:42
Naxçıvanda 26 yaşlı gənc dekan müavini oldu
17.09.2026 - 08:00
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşdü
16.09.2026 - 23:35
Xankəndi və Füzulidə incəsənətə yeni nəfəs
16.09.2026 - 23:07
Bayramov və Mirzoyan Nyu-Yorkda sülhü müzakirə edəcək
16.09.2026 - 23:00
Anar Bayramovdan Sumqayıtda iki vacib təyinat
16.09.2026 - 22:32