Maştağalı ağsaqqalın keçmişə səyahəti: "Atamın yanında uşağımı qucağıma götürməmişəm
Maştağanın tanınmış sakini Mehdi Hüseynov, Baku TV-nin “O vaxtlar” verilişində qonaq olub və keçmişdəki ailə, dostluq və qonşuluq münasibətlərindən bəhs edib.
Minval.info xəbər verir ki, Mehdi Hüseynov uşaqlıq illərində böyüklərə hörmət və qonaqpərvərlik kimi dəyərlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, atasının yanında öz övladını qucağına götürmədiyini vurğulayaraq, “O vaxt belə bir adət var idi. Bu gün də həmin adətlər müəyyən yerlərdə qorunub saxlanılır, amma hər yerdə yox. Demək olar ki, bəziləri artıq itmək üzrədir” deyə bildirib.
Mehdi Hüseynov, bu ənənələrin onun həyatına təsir etdiyini və buna görə gec evləndiyini qeyd edib: “Mən həmişə özümdən böyüklərlə oturub-durmuşam. Bir az gec evlənmək qərarına gəldim”.
ƏLAQƏLİ
Çimərlikdə gizli təhlükə: Çirkli dəniz suyu uşaqlar üçün risk yaradır
Ailədə böyüklərin rolunun vacibliyini vurğulayan Mehdi Hüseynov, valideynlərin qocalar evinə yerləşdirilməsinə qarşı çıxıb: “Göydə Allah, yerdə valideyn. Mən başa düşə bilmirəm ki, bu gün atanı necə aparıb qocalar evinə qoymaq olar. Bu nə qədər düzdür? Kim gedəndə özü ilə ev-eşik aparıb? O sənin üçün ev tikib, səni evləndirib, oxudub”.
O, atasının xəstəxanada olduğu vaxt yaşadığı çətin günləri də xatırlayaraq, “Atamı 2002-ci ildə xəstəxanaya apardılar. On gün orada gecə-gündüz əmimlə maşında yatdım. Yaxınlarım, dostlarım gəlirdilər, lazım olan hər şeyi gətirirdilər. Mən oradan tərpənmirdim” deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərlikdə gizli təhlükə: Çirkli dəniz suyu uşaqlar üçün risk yaradır
Yayda ağıllı saat taxmaq təhlükəli ola bilər: Dərinizə diqqət yetirin!
Zaqatalada daşlı dava: Şəxsi mübahisə xəstəxanada bitdi
Lənkəran səhiyyəsində dəyişiklik: Nuridə məmmədova vəzifədən niyə ayrıldı?