Masallı rayonunda ağır yol qəzası baş verib.
Bakupost.az -ın məlumatına görə, 2007-ci il təvəllüdlü Sevanə Əzimova avtobusdan düşüb yolu keçərkən sürətlə gələn “Kamaz” markalı yük avtomobili onu vuraraq, yolun kənarına atıb.
Dərhal rayon xəstəxanasına çatdırılan məktəblinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.
O, 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, 15 yaşlı qızın vəziyyəti ağırdır.
Həmin görüntüləri təqdim edirik:


































