“Facebook”un sahibi Mark Zukerberq sosial şəbəkənin fəaliyyətində yaranan problemə görə istifadəçilərdən üzr istəyib.

“Minval.info”nun məlumatına görə, o, bu barədə özünün “Facebook” hesabında yazıb:

Şirkət sahibi bildirib:

““Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” yenidən onlayn fəaliyyətə qayıdır. Bugünkü problemlərə görə üzr istəyirik – maraqlandığınız insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm”.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq bir neçə saat sözügedən sosial şəbəkələrdən istifadə etmək mümkün olmayıb.