“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meylləri alqışlayırıq. İndi onları ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır”.

Virtualaz.org bildirir ki, bunu keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Dağlıq Qarabağ probleminə dair son görüşlər və münaqişənin həllində Rusiyanın rolu barədə danışarkən deyib: “Biz də öz tərəfimizdən bu müsbət meyllərə mümkün qədər hər cür dəstək verəcəyik”.