Makkeyn bu gün hərbi-dəniz akademiyasının ərazisində dəfn olunacaq
ABŞ-ın ən nüfuzlu siyasətçilərindən biri olan respublikaçı-senator Con Makkeynin dəfn mərasimi bazar günü keçiriləcək.
Minval.İnfo xəbər verir ki, mərhum senator Annapolisdə (Merilend ştatı) vaxtilə məzunu olduğu hərbi-dəniz akademiyasının ərazisində dəfn ediləcək.
Bütün həftə boyu Makkeynlə vida mərasimləri keçirilib. Sentyabrın 2-də gündüz saat 2 radələrində (Bakı vaxtı ilə 22:00) akademiyanın kapellasında şəxsi mərasim olacaq. Orada yalnız mərhumun ailə üzvləri, dostları, həmçinin akademiyanın nümayəndələri iştirak edəcəklər. Mərasimdən sonra Makkeyn kurs yoldaşı və yaxın dostu olmuş admiral Çak Larsonun məzarı yanında basdırılacaq. Bütün tədbirlər ictimaiyyət və jurnalistlər üçün qapalı olacaq.
Şənbə günü Vaşinqtonun milli kilsəsində keçirilmiş xatirə tədbirində Amerikanın iki sabiq prezidenti – Corc Buş (oğul) və Barak Obama nitq söyləyiblər. Hazırkı prezident Donald Tramp vida tədbirlərinin heç birinə dəvət olunmayıb. Bununla yanaşı, onun qızı İvanka Tramp da daxil olmaqla, Ağ ev administrasiyasının təmsilçiləri kilsədə keçirilən mərasimə qatılıblar. Həmçinin cümə günü vitse-prezident Mayk Pens ABŞ konqresində nitqlə çıxış edib.
Xatırladaq ki, Con Makkeyn avqustun 25-də 81 yaşında vəfat edib. O, bir il beyin xərçənginin aqressiv forması ilə mübarizə aparıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır