04.01.2021 - 12:59
Foto
15 baxış
Məşhur modellər Neymarı ifşa etdi - FOTOLAR
Bir neçə gün əvvəl PSJ-nin ulduzu Neymarın koronavirus pandemiyası səbəbindən tətbiq olunan qadağalara rəğmən 5 gün davam edən əyləncə məclisi təşkil etdiyi iddia olunmuşdu. Bildirilirdi ki, tədbirə ümumilikdə 500 nəfər qatılıb. Əyləncə məclisi yoluxmanın ən çox qeydə alındığı ölkələrdən biri olan Braziliyada keçirilib. Öz villası təmirdə olan Neymar məclis üçün səs izolasiyası olan və içərisində diskoteka yerləşən malikanə kirayələyib. Mərasimə braziliyalı futbolçunun ailəsi və bir çox məşhur sima qatılıb.
Xəbər dərc edildikdən sonra Neymarın vəkili yazılı açıqlama yayaraq iddiaları təkzib etmiş və belə bir məclisin keçirilmədiyini bildirmişdi. Amma çox keçmədən iddiaların doğruluğunu sübut edən görüntülər yayılmağa başlayıb.
Belə ki, dünyaca məşhur modellər sosial mediada Braziliyanın Rio şəhərindən birlikdə fotolar paylaşmağa başlayıb. Maraqlıdır ki, bütün fotolar Riodakı eyni çimərlikdə çəkilib. İddialara görə, bu çimərlik Neymarın malikanəsində yerləşir və modellər hamısı ölkəyə özəl katerlərlə gətirilib.
Neymarın malikanəsindən foto paylaşan model Mişell Nevius ona “10 il sonra Braziliyaya qayıtdım” şərhini yazıb. Eyni çimərlikdən foto paylaşan model Jessika Bartlett da yer olaraq Rionu göstərib.
Braziliyalı model Kiki Passo da Riodakı eyni çimərlikdən fotosunu yayıb. Ana Liz Bittenkurt isə biləyində məclisə daxil olmaq üçün taxılan bilərziklə Neymarın malikanəsindən şəkilini paylaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
26.07.2026 - 15:02
Meksikada “Z nəsli”etirazları böyüyür
16.11.2025 - 09:51
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
14.11.2025 - 11:20
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
07.03.2025 - 22:51
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
27.06.2024 - 14:39
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
20.06.2024 - 14:07
İş başında ölən zavod işçilərinin FOTOSU
04.06.2024 - 12:12
Renkadan yeni FOTOLAR
31.05.2024 - 14:23





